Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2015 - №04

 

Vətənpərvər övladlar yetişdirək

 

İsmayıllı Rayon Təhsil Şöbəsinin  metodisti Güllübəyim Lətifovanın redaksiyamıza  göndərdiyi  məktubda  qeyd edilir ki, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi vacib məsələdir. 

"Vətənpərvərlik" məfhumu öz məzmununa görə  çoxşaxəlidir və onu heç bir sözlə əvəz etmək mümkün deyil. Bu hiss uşaqlarda tədricən formalaşır. İnsan dünyanı dərk etdikcə vətəninə, torpağına məhəbbəti, sevgisi artır, vətənpərvərlik hissləri güclənir. Torpaqlarımızın işğal altında olduğu bir şəraitdə biz uşaqlarda vətənə, torpağa, elə-obaya sevgi, məhəbbət hissini formalaşdırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçiririk. İşğal günləri ərəfəsində uşaqlarla xüsusi diskussiyalar aparılır. Bundan əlavə, divar qəzetləri, şeir və ya inşa yazı  müsabiqələri, rəsm sərgiləri təşkil olunur. Düşünürəm ki, fənnindən asılı olmayaraq hər bir müəllim şagirdlərə vətənpərvərlik duyğusunu öyrətməyi bacarmalıdır. Çünki müəllim məktəbdə, ilk növbədə, şəxsiyyət yetişdirir və çalışmalıdır ki, həmin şəxsiyyət də vətəninə, millətinə layiq bir tərzdə yetişsin. Dərslərdə işğal olunmuş torpaqlarımız uğrunda fədakarlıqla döyüşən Milli Qəhrəmanlarımızı tanıtmaq, xalqımızın başına gətirilən faciələri uşaqlara çatdırmaq lazımdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov