Ölkədə
təhsilin inkişafı ilə bağlı qəbul olunan yeni
strategiyaya uyğun olaraq Gəncədə fəaliyyət göstərən
ümumtəhsil məktəblərində informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi uğurla davam etdirilir.
Qısa vaxt ərzində məktəblər 72 ədəd elektron lövhələrlə
təmin edilib. Hazırda isə 4, 16 və 39 nömrəli tam orta
məktəblərdə smart siniflər fəaliyyət göstərir.
Gəncə Şəhər Təhsil İdarəsinin rəis müavini İsmayıl
İsmayılov bildirib ki, yeni avadanlıqlarla işləmək üçün
112 müəllim xüsusi kurslardan keçib.
Şübhəsiz, bu kimi innovativ yeniliklər təhsildə
keyfiyyətin yüksəlməsinə müsbət təsir göstərəcək.
|