Biləsuvar
rayonunun Aşağı Cürəli kəndində yeni məktəb
binası istifadəyə verilib. Aşağı Cürəli kənd tam
orta məktəbinin direktoru Ələsgər Şahbazovun
redaksiyamıza göndərdiyi məktubda bildirilir ki, 450
şagird yerlik bu məktəbdə 23 sinif otağı, 2
informatika otağı, kimya və fizika laboratoriyaları,
geniş idman zalı, kitabxana, hərbi otaq fəaliyyət
göstərir. Hazırda 23 sinif komplektində 440 şagirdin
təlim- tərbiyəsi ilə 45 müəllim məşğul olur .
Məktəbdə ötən tədris ilindən fərqli olaraq bu il
sinifdənxaric işlərə geniş yer verilir. Dərslə
sinifdənxaric işlər qarşılıqlı əlaqədə olmaqla biri
digərini tamamlayır. Bu, vəhdət halında elmlərin
əsaslarının şagirdlər tərəfindən dərindən
mənimsənilməsinə, onların əqli, fiziki, estetik,
vətənpərvərlik tərbiyəsinin inkişafına xidmət edir.
Keçirilən maraqlı tədbirlər şagirdlərin biliyə marağını
artırır, onların bilik, bacarıq və vərdişlərini
genişləndirir.
Yeni tikilmiş təhsil ocağında "Şagird özünü idarəetmə
orqanı" fəaliyyət göstərir. Belə bir təşkilatın
yaradılması da şagirdlərin tərbiyəsində mühüm rol
oynayır. Nəticədə şagirdlərdə vətənə sevgi, milli
dəyərlərimizə isə hörmət aşılanır. |