Qobustan Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda
bildirilir ki, ümumtəhsil məktəblərinin XI sinif
şagirdlərinin ümummilli lider Heydər Əliyevin zəngin
irsinin daha dərindən öyrənilməsi məqsədilə şəhərdəki
Heydər Əliyev Mərkəzində "açıq dərs"lər təşkil olunur.
Ümumtəhsil məktəblərində oxuyan 366 XI sinif
şagirdindən indiyədək 103 -ü müasir Azərbaycan
dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin
zəngin irsinin öyrənilməsinə həsr olunan dərslərdə
yüksək fəallıq nümayiş etdirib.
Təcrübəli tarix müəllimi Afət Balaqardaşovanın "Ulu
öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusudur" mövzusunda iki akademik saat
ərzində tədris etdiyi dərs şagirdlərlə canlı ünsiyyət
şəraitində keçib.
Dərs prosesində ulu öndərin təşəbbüsü ilə 1999-cu ildən
təhsil sahəsində islahatların başlanması, Azərbaycan və
UNESCO arasında əməkdaşlığın qurulması, "Kitabi-Dədə
Qorqud" dastanının 1300, Məhəmməd Füzulinin 500 illik
yubileylərinin UNESCO səviyyəsində qeyd edilməsi barədə
məlumatlar şagirdlər tərəfindən böyük maraqla
dinlənilib.
Məktəblilər milli təhsil proqramı və dərsliklərin
yaradılması, tarixi, mədəni irsimizin, o cümlədən
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar
sarayı, Möminə xatun türbəsi, tarixi-dini abidələrin
bərpasına, təhsilə, mədəniyyət və incəsənətə, təhsil
işçilərinə, yazıçılara, incəsənət xadimlərinə,
idmançılara dövlət qayğısı və s. haqqında ətraflı
məlumatları maraqla qarşılayıblar. |