Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2015 - №04

 

Naftalan məktəblərində qarşılıqlı dərsdinləmə yüksək səviyyədə aparılır

 

Şəhər təhsil şöbəsinin müdir əvəzi  Rəna Dəmirovadan aldığımız məlumatda bildirilir ki, təhsil şöbəsinin Fəaliyyət Planına uyğun olaraq dərs ili ərzində keçiriləcək seminarların, bilik yarışlarının, inşa və rəsm müsabiqələrinin qrafiki hazırlanaraq təhsil müəssisələrinə verilib.

Məktəblərdə XI sinif şagirdlərinə dərsdənkənar vaxtlarda müstəqil Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzuların tədris olunması nəzərdə tutulub. Qrafik üzrə ümumtəhsil məktəblərinin qabaqcıl tarix müəllimləri tərəfindən Heydər Əliyev Mərkəzində Heydər Əliyev irsinin öyrənilməsi  ilə əlaqədar dərslər keçirilir.

İstedadlı şagirdlər aşkara çıxarılır və onlara daim qayğı göstərilir. Ümumtəhsil məktəblərində şagirdlərin biliyini möhkəmləndirmək məqsədi ilə müxtəlif  bilik yarışları və tədbirlər keçirilir.

Goranboy rayonunda 8 məktəb arasında keçirilən  "Zirvə" adlı bilik yarışmasında İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin XI sinif şagirdlərindən ibarət komandası I yeri tutaraq Gəncədə keçirilən yarışmaya qatılıb.

47-ci Beynəlxalq Kimya olimpiadasında iştirak edəcək namizəd şagirdlərin seçilməsi ilə əlaqədar şəhər mərhələsində İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin 11 şagirdi  iştirak edib və 6 şagird  növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

Məktəblərdə metodiki işlərin təşkilinə xüsusi tələbkarlıqla yanaşılır, fənn müəllimləri metodbirləşmələrə cəlb edilir. Qabaqcıl təcrübələrin öyrənilməsi və yayılması ön plana çəkilir. Müəllimlərin yaradıcılıq axtarışlarını öyrənmək və qabaqcıl təcrübələrini yaymaq məqsədi ilə "açıq dərs"lər keçirilir. Qarşılıqlı dərsdinləmə yüksək səviyyədə aparılır.

 Naftalan şəhər   İ.Nəsimi adına  1 nömrəli tam orta məktəbdə şəhərin  3 ümumtəhsil məktəbinin 9, 10, 11-ci sinif şagirdləri ilə Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin təşviqat qrup üzvlərinin  görüşü  keçirilib.

Görüş diskussiya  şəklində başa çatıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov