Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2015 - №04

 

Təhsil Problemləri İnstitutunda Avropa İttifaqının beynəlxalq eksperti ilə görüş

 

Yanvarın 23-də Təhsil Problemləri İnstitutunda Avropa İttifaqının beynəlxalq eksperti ilə görüş keçirildi. İnstitutun direktoru Qulu Novruzov qonağı salamlayaraq rəhbərlik etdiyi institutda mövcud şöbələr və xüsusilə də Peşə ixtisas təhsili şöbəsinin fəaliyyəti barədə danışdı. Peşə təhsili və təliminin keyfiyyəti üzrə beynəlxalq ekspert Qalya Bojanova Avropa komissiyasının nümayəndəliyinin Avropa layihəsi üzrə mütəxəssisi kimi görüşün Təhsil Problemləri İnstitutunda  olmasından məmnun olduğunu bildirdi. Qeyd etdi ki, bizim layihə Azərbaycanın növbəti təhsil proqramı üzrə  nəzərdə tutulacaq və  yeni hazırlanacaq peşə təhsili və təlimi   standartları üzrə  mövcud vəziyyəti öyrənib, onunla bağlı texniki tapşırıqları hazırlayıb Avropa Şurasına dəstək olmaqdır. Peşə təhsilinə daha çox diqqət yetirdiklərini vurğuladı. Məqsəd peşə təhsili və təlimi sahəsində  standartların hazırlanması  metodikası, keyfiyyət və qiymətləndirilmə sisteminin  hazırlanmasıdır. Q.Bojanova qeyd etdi ki, əsas məqsəd  beynəlxalq  təcrübəyə əsaslanaraq peşə və təhsil standartlarının  qarşılıqlı əlaqəsi zəminində  onların uyğunluğunu təmin etmək və  bunlarla bağlı hazırlanmış texniki tapşırığı Avropa Şurasına təqdim etməkdir.

Görüşdə əmək bazarının tələblərini ödəyən peşə və təhsil standartlarının hazırlanması və tətbiqi ilə əlaqədar maraqlı tərəflərin (ilk peşə-ixtisas təhsili müəssisələri, işəgötürənlər və s.) birgə işinin daha da yaxşılaşdırılması üzrə Avropa İttifaqı, Təhsil Nazirliyi və digər təşkilatların bu işə dəstəyinin yaxşılaşdırılması üçün yeni layihələrin hazırlanması məsələləri ətrafında da söhbət getdi.

Görüşdə   kurikulumların hazırlanması və təlim prosesinə tətbiqi, onun  müəllim və şagirdlərin inkişafına təsiri məsələləri ətrafında da geniş müzakirə aparıldı.

İnstitutun direktoru Qulu Novruzov peşə təhsilinin cəmiyyətin təhsil siyasətinin ayrılmaz hissəsi olması, nəticəyönümlü məzmunun tətbiqi şəraitində daha uğurlu nəticələrin əldə olunmasına şərait yaratması, müəllim və şagirdlərin yaradıcı fəaliyyətinin stimullaşdırılması kimi məsələlərdən danışaraq "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" sənədində bu sahəyə xüsusi önəm verildiyini bir daha vurğuladı.  O,  gələcəkdə peşə təhsili və təlimi üzrə lazımi məzmunun hazırlanması işində hər bir əməkdaşlığa hazır olduqlarını vurğuladı.  

TPİ-nin Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov