Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2015 - №04

 

Əməkdaşlıq haqqında müqavilə imzalanıb

 

İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Campaolo Kutilo və Dante Alieghieri Cəmiyyətinin Bakı təsisçisi Gülnarə Aslanbəyli Azərbaycan Turizm və Menecment Universitetinin qonağı  olublar. Tədbirdən əvvəl səfir Campaolo Kutilo ATMU-nun rektoru, professor Cəfər Cəfərovla görüşüb. Rektor qonağa ATMU-nun strateji məqsəd və vəzifələrindən ətraflı danışıb. Ali təhsil ocağının dünyanın bir sıra nüfuzlu ali məktəbləri ilə ikitərəfli əlaqələrindən, ikili diplom proqramının üstünlüklərindən də söz açılıb. ATMU ilə bağlanan əməkdaşlıq haqqında müqavilənin  fayda verəcəyinə əminlik ifadə olunub.

Cənab səfir əməkdaşlıq haqqında müqavilənin iki ölkə universitetlərinin inkişafında yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirib.

Onun sözlərinə görə, Azərbaycan öz turizm potensialını təbliğ etmə yolunda böyük işlər görüb və müəyyən uğur qazanıb. Hazırda Azərbaycanda italyan dilinə maraq getdikcə artır, bu isə iki ölkə arasında əlaqələrin hərtərəfli inkişaf etməsinin nəticəsidir.

Müqaviləyə uyğun olaraq Dante Alieghieri Cəmiyyəti Azərbaycan Turizm və Menecment Universitetinə İtaliya universitetləri ilə əməkdaşlıq əlaqələrinin qurulmasında,  Bakıya səfər edən  italyan universitetləri nümayəndələrinin ali məktəbdə görüşlərinin təşkilində, ATMU tələbələrinin İtaliyada fəaliyyət göstərən hotellərdə praktika keçmələri ilə bağlı məsələlərdə yardım edəcək. Onu da qeyd edək ki, bu ilin  fevral ayından etibarən ATMU-da italyan dili kursları  fəaliyyətə başlayacaq.

Tədbirin sonunda əməkdaşlıq haqqında  müqavilə imzalanıb. 

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov