Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2015 - №04

 

Bank Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinə təqaüd verəcək

 

Yanvarın 29-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) "Bank of Baku"nun tədris laboratoriyasının açılış mərasimi keçirilib. ADİU-nun rektoru, professor Ədalət Muradovla "Bank of Baku"nun idarə heyətinin sədri Fərid Hüseynov SABAH qrupları üçün hazırlanmış tədris otağı ilə tanış olublar. Daha sonra tədbir "Bank of Baku"nun təqaüd proqramının təqdimatı ilə davam edib.

Bildirilib ki, tələbə təqaüdü proqramına universitetə 450-dən çox balla qəbul olmuş və son sessiyanın nəticəsinə görə 70-dən yuxarı bal toplamış 3 və 4-cü kursların tələbələri sənədlərini təqdim edə bilər. Təqaüd alan beş tələbə eyni zamanda bankda təcrübə keçmək imkanı əldə edəcək.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb. 

Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov