Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2015 - №04

 

M.V.Lomonosov adına MDU-nun yubileyi keçirilib

 

Böyütmək üçün seçinRusiyanın qabaqcıl təhsil ocaqlarından biri olan  M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) 260 illik yubileyini qeyd edib.  Əlamətdar hadisə münasibətilə yanvarın 26-da MDU-nun akt zalında təntənəli iclas keçirilib. Təntənəli mərasimdə Rusiya Prezidenti Vladimir Putinin tədbir iştirakçılarına ünvanlanmış təbrik məktubu oxunub. 

Daha sonra çıxış edən  MDU-nun rektoru, akademik Viktor Sadovniçi tədbirdə çoxsaylı xarici  qonaqların, ölkənin  bir sıra universitet rektorlarının, yüksək rütbəli dövlət rəsmilərinin, Rusiya  Elmlər Akademiyası  nümayəndələrinin, gələcəkdə ali məktəbin taleyini həll edəcək və universitetin qüdrətini  artıracaq tələbələrin, aspirantların iştirak etdiyini diqqətə çatdırıb. Ali məktəbin əsasının qoyulması zərurətinə toxunan rektor qeyd edib ki, MDU  ölkədə məhz maarifə daha çox ehtiyacın hiss olunduğu  tarixi bir dövrdə yaradılıb. Ali məktəbin keçdiyi uzun yoldan, əldə etdiyi uğurlardan və ali təhsil ocağının qarşısında duran qlobal əhəmiyyətli planlardan danışan rektor qeyd edib ki, bu gün 260 yaşlı  MDU  XXI əsrdə təkcə bizim ölkədə deyil, xaricdə də ən nüfuzlu ali təhsil ocaqlarından biridir. Dünya reytinqlərində Rusiya ali məktəbləri arasında MDU-nun tutduğu yer də onun lider  universitet olduğunu bir daha təsdiqləyir.   Onun sözlərinə görə, bu gün  MDU öz qarşısında hazırda uğurla həyata keçirilən bir sıra mühüm vəzifələr qoyur.  Viktor Sadovniçi MDU-nun əsas nailiyyətlərini sadalayıb.  Universitetdə çox müasir, istehsal gücü 1.7 petaflops olan   "Lomonosov"  superkompüteri yaradılıb.  Bir qədər əvvəl inşa olunmuş Lomonosov korpusu əsasında isə yeni mühəndis-texnik infrastruktura yaradılıb, bu isə superkompüterlərin gücünü 30 petaflopsa qədər artırmağa imkan verir.  Rektora görə, bütün bunlar MDU-nun bir neçə ildən sonra bu istiqamətdə dünyada lider olacağını deməyə əsas verir.

  Yubiley münasibətilə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko, Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Dövlət Dumasının sədri Sergey Narışkin, Rusiya və bir sıra xarici universitetlərin rektorları, senatorlar, deputatlar, səfirlər, Rusiya subyektlərinin rəhbərləri, eləcə də  hazırda kosmosda işləyən  rusiyalı kosmonavtlar Aleksandr  Samokutyayev, Anton Şkaplerov və Yelena Serova da öz təbriklərini çatdırıblar. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov