Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2015 - №04

 

Moskva Dövlət Universitetinin Fəxri professoru adı kimlərə verilir?

 

M.V.Lomonosov  adına Moskva Dövlət  Universitetinin Elmi Şurasının qərarı ilə  təsis olunan  Fəxri professor  adı  öz fəaliyyətləri  ilə sülh ideyalarına xidmət edən,  təhsil və elmə hər zaman hərtərəfli dəstək göstərən,  elm, mədəniyyət, incəsənət, yüksək texnologiyalar sahəsində insanın yaradıcılıq dühasının inkişafında  və  eləcə də beynəlxalq münasibətlər sahəsində uğurlarına və xidmətlərinə görə görkəmli  dövlət xadimlərinə, nüfuzlu alimlərə,  ictimai-siyasi fəaliyyətləri ilə tanınan şəxslərə  verilir.

Müxtəlif vaxtlarda  xarici ölkələrdən 60-dan artıq  alim,  dövlət və siyasi xadim M.V.Lomonosov  adına Moskva Dövlət  Universitetinin Fəxri professoru  seçilib. 2001-ci ildə  MDU-nun Fəxri professoru adına  ümummilli lider Heydər Əliyev,   2008-ci ildə  Azərbaycan  Respublikasının  Prezidenti İlham Əliyev layiq görülüblər.  Müxtəlif illərdə BMT-nin  Baş katibi  Pan Gi Mun, ABŞ-ın sabiq Prezidenti Bill Klinton,  Özbəkistan Prezidenti İslam Kərimov, Qazaxıstan  Prezidenti Nursultan Nazarbayev,  Tacikistan Prezidenti İmomali Rahmon,  Hindistanın mərhum baş nazirləri  Cəvahirəl Nehru, İndira  Qandi, yazıçı Çingiz Aytmatov, Nobel mükafatı laureatları Ceyms Uotson,  Cozef  Rotblat,  Jores Alferov,  ilk qadın-kosmonavt  Valentina Tereşkova   və başqaları   da  Fəxri professor  diplomu ilə təltif olunublar. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov