Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
nəzdindəki İşçi Qrup tərəfindən BMT Təhlükəsizlik
Şurasına müraciət məqsədilə "Serj Sarkisyanın hərbi
cinayətkar kimi tanınması üçün 100 min səs" petisiyasına
start verilib.
Bakı Ali Neft Məktəbinin (BANM) bütün əməkdaşları və
tələbələri "Serj Sarkisyanın hərbi cinayətkar kimi
tanınması üçün 100 min səs" petisiyasına qoşulublar.
Bakı Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatı,
Tələbə Həmkarlar Təşkilatı, o cümlədən BANM-ın YAP
Gənclər Birliyi və "Neftçi Mühəndislər" Tələbə Elmi
Cəmiyyətinin üzvləri lazım olan imzanın toplanılması
istiqamətində aparılan təbliğat işində yaxından iştirak
ediblər.
Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan
torpaqlarına qarşı qəsbkarlıqda, Dağlıq Qarabağın
Ermənistan hərbi birləşmələri tərəfindən işğalında və
Xocalı faciəsinin törədilməsində birbaşa iştirak edib.
S.Sarkisyan beynəlxalq cinayətkar kimi törətdiyi
əməllərə görə cavab verməli və hərbi cinayətkar kimi
tanınmalıdır.
Məqsəd Xocalı hadisələrinin birbaşa iştirakçısı olan
Serj Sarkisyanın beynəlxalq cinayətkar kimi
tanıdılmasıdır. İşçi Qrup Sarkisyanın hərbi cinayətkar
kimi tanınması üçün 100 min səsi qısa müddətdə toplamağı
planlaşdırır. |