Yanvarın 26-da Təhsil Nazirliyində ümumtəhsil
məktəblərinin şagirdləri arasında dahi rus şairi Mixail
Lermontovun 200 illik yubileyi münasibətilə təşkil
olunmuş müsabiqə qaliblərinin mükafatlandırılması
mərasimi keçirilib.
Ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdləri
arasında keçirilən müsabiqədə məktəblilər bədii qiraət,
teatrlaşdırılmış səhnəciklər və rəsm nominasiyaları üzrə
iştirak ediblər. Tədbirdə hər nominasiya üzrə I, II və
III yerin sahiblərinə Təhsil Nazirliyinin diplomu təqdim
olunub.
Qalibləri Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin
təşkili şöbəsinin müdir əvəzi Vasif Məmmədov təbrik
edərək müsabiqənin məqsədinin XIX əsrdə yaşamış dahi rus
şairi və dramaturqu Mixail Lermontovun zəngin həyat və
fəaliyyətini gənc nəslə daha yaxından tanıtmaq, onun
irsinə maraq oyatmaqdan ibarət olduğunu bildirib. |