Naxçıvan Dövlət Universitetində 2 fevral Gənclər gününə
həsr olunmuş "Heydər Əliyev və müasir gənclik"
mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan rektor, AMEA-nın müxbir
üzvü Saleh Məhərrəmov ümummilli lider Heydər Əliyevin
əsasını qoyduğu gənclər siyasətinin ölkədə, o cümlədən
Naxçıvan Muxtar Respublikasında uğurlu davamından,
dövlətin əsas sütununu təşkil edən gənclərə hərtərəfli
dövlət qayğısından danışıb. Saleh Məhərrəmov universitet
tələbələrinin müxtəlif sahələrdə qazandığı uğurlardan
söhbət açaraq gəncləri bayram münasibətilə təbrik edib,
onlara elm və təhsildə, müstəqil dövlətimizin inkişafı
istiqamətindəki gələcək fəaliyyətlərində uğurlar
arzulayıb.
Konfransda Universitet Gənclər Təşkilatının sədri Arzu
Abdullayev "Heydər Əliyev və müasir gənclik", Tələbə YAP
Gənclər Birliyinin sədr müavini, magistr Elgün Tağıyev
"Gənclik Yeni Azərbaycan Partiyası sıralarında", Tələbə
Elmi Cəmiyyətinin sədri, sosial idarəetmə və hüquq
fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü
Ramazan Abdullayev "Universitet gəncliyi və elmi mühit",
Tələbə İdman Şurasının sədri, pedaqoji fakültənin III
kurs tələbəsi Nicat Allahverdiyev "Universitet idmanı
inkişaf yolunda" mövzularında məruzələr ediblər.
Sonda 2 fevral Gənclər gününə həsr olunmuş slayd nümayiş
olunub.
Mina QASIMOVA |