Təhsil
Problemləri İnstitutunda Elmi Şuranın 2015-ci ildə ilk
iclası olub.
İnstitutun direktoru Qulu Novruzovun rəhbərliyi ilə
keçirilən toplantıda öncə Elmi Şuranın 2015-ci il üçün
illik iş planının, sonra isə TPİ-nin illik fəaliyyət
planının təsdiq olunması barədə çıxışlar dinlənilib və
müvafiq qərarlar qəbul olunub. İnstitutun direktor
müavinləri Ənvər Abbasov, Rəfiq Qəndilov, şöbə müdirləri
Rəsul Əsgərov, Akif Abbasov çıxışlarında 2015-ci ildə
Təhsil Problemləri İnstitutunda aparılacaq tədqiqatların
mövzularının təsdiq edilməsi, yeni qəbul olunmuş və
hazırda təhsillərini davam etdirən doktorant və
dissertantların təhsil müddətləri və s. məsələlər
barədə danışıblar. İclasda iştirak edən şura üzvləri
cari məsələlərlə bağlı fikirlərini də söyləyiblər.
Elmi Şura iclasında qərara alınıb ki, institutun
əməkdaşları və doktorantları tərəfindən hazırlanmış
əsərlər nəşrə verilsin. Qarşıdan gələn tədris ayları
üçün daha səmərəli və aktual problemlərin həlli
yollarını əhatə edən mövzular araşdırılsın və müzakirəyə
təqdim olunsun, elm sahəsində çalışanların əməyi müvafiq
olaraq dəyərləndirilsin.
İclasda TPİ-nin direktor müavinləri və şöbə müdirləri
iştirak ediblər.
TPİ-nin Beynəlxalq əməkdaşlıq və
informasiya şöbəsi |