Olimpiadanın rayon-şəhər mərhələsində 21183 şagird
iştirak edib. Yekun nəticələrə əsasən, Azərbaycan dili
fənni üzrə 740, tarix fənni üzrə 715, coğrafiya fənni
üzrə 671, biologiya fənni üzrə 452, fizika fənni üzrə
393, riyaziyyat fənni üzrə 334, kimya fənni üzrə
151, informatika fənni üzrə isə 79 şagird uğur əldə
edib. Bununla, bütün fənlər üzrə 3535 şagird respublika
mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ
qazanıb.
Qeyd edək ki, olimpiadaların respublika mərhələsinin
yarımfinal turu mart ayında zonalar üzrə keçiriləcək.
|