Yanvarın 26-da Təhsil Nazirliyində "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət
Planına həsr olunmuş mətbuat konfransı keçirilib.
Konfransda nazirliyin müvafiq struktur bölmələrinin
rəhbərləri səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsilin
məzmununun yaradılması, yüksək nüfuzlu təhsilverənin və
yeni idarəetmə sisteminin formalaşdırılması, ömürboyu
təhsili təmin edən infrastrukturunun və yeni
maliyyələşdirmə mexanizmlərinin yaradılması və digər
məsələlər barədə Fəaliyyət Planında nəzərdə
tutulmuş müddəaları izah ediblər.
Tədbirdə "Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası" çərçivəsində qarşıda duran
vəzifələr bir daha diqqətə çatdırılıb, həyata keçirilən
tədbirlər barədə ətraflı məlumat verilib.
Sonda Təhsil Nazirliyinin rəsmiləri jurnalistlərin
çoxsaylı suallarını cavablandırıblar. |