Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
o.mustafayev@muallim.edu.az
Azərbaycanı
müxtəlif beynəlxalq bilik yarışlarında təmsil
edən məktəblilərimizin hər dəfə medallarla
Vətənə dönmələri sevindirici haldır.
Azərbaycan təhsilinin yetirmələrinin sədası bu
dəfə Qazaxıstandan gəldi. Məktəblilərimiz
Qazaxıstanın Almatı şəhərində riyaziyyat, fizika
və informatika fənləri üzrə istedadlı şagirdlər
arasında keçirilən XI Beynəlxalq Jautıkov
Olimpiadasında yüksək nəticələr əldə ediblər.
Qazaxıstanın Elm və Təhsil Nazirliyi, Almatı
fizika-riyaziyyat təmayüllü "İstedadlar" liseyi,
istedadlı uşaqlar üçün "Darın" Elm Mərkəzi
tərəfindən təşkil olunan olimpiadada 15 ölkədən
58 komanda iştirak edib. Görkəmli qazax
riyaziyyatçı alimi, akademik Orımbek Jautıkovun
xatirəsinə həsr olunmuş olimpiadada Azərbaycan
19 nəfərdən ibarət 3 komanda ilə təmsil olunub.
Avropa, Asiya və postsovet məkanı ölkələrindən
400-dək şagirdin iştirak etdiyi bilik
yarışında milli komandalar riyaziyyat, fizika
və informatika fənləri üzrə yarışıblar.
Azərbaycan məktəbliləri riyaziyyat və fizika
fənləri üzrə uğurlu nəticələr göstəriblər.
Riyaziyyat fənni üzrə keçirilən olimpiadada Bakı
"İstək" liseyinin X sinif şagirdi Məhəmməd
Şirinov II yeri tutaraq gümüş, Quba "İstək"
liseyinin X sinif şagirdi Tahir Nadirov III yeri
tutaraq bürünc, fizika fənni üzrə olimpiadada
Quba "İstək" liseyinin IX sinif şagirdi
Səbuhi Mikayılov III yerə çıxaraq bürünc
medala layiq görülüblər. Gəlin, medalçılarla
yaxından tanış olaq.
|