Yanvarın 17-də Şəki Olimpiya İdman Kompleksində 20
Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmə və
gənclər arasında yunan-Roma güləşi üzrə şəhər turniri
keçirilib. Birincilikdə 12 çəki dərəcəsi üzrə 50-dək
idmançı mübarizə aparıb. Yarışlardan əvvəl 20 Yanvar
şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Turnirin açılış mərasimində Şəki Şəhər Gənclər və İdman
İdarəsinin rəisi Vüqar İskəndərov çıxış edərək 20
Yanvar hadisələrinin xalqımızın azadlıq mübarizəsinin ən
parlaq səhifələrindən biri olduğunu vurğulayıb,
şəhidlərin əziz xatirəsinin xalqımız tərəfindən daim
böyük ehtiramla yad edildiyini bildirib.
Turnirin qaliblərinə idarənin diplomları və medallar
təqdim olunub. |