15-16 yaşlı yeniyetmələr arasında keçirilən boks üzrə
"Təhsil" Respublika İdman Mərkəzinin açıq respublika
birinciliyi başa çatıb. Yarışın keçirilməsində məqsəd bu
yaş qrupunda "Təhsil" RİM-in yığma komandasını
müəyyənləşdirməkdən ibarətdir. Tədbirin açılış
mərasimində "Təhsil" RİM-in direktoru Natiq Lahıcov
bildirib ki, belə yarışlar boksun təbliği və inkişaf
etdirilməsinə, eyni zamanda yeniyetmələrin
vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verir.
Birincilikdə Təhsil Nazirliyinin tabeliyində olan 20
idman məktəbinin ümumilikdə 140 idmançısı mübarizə
aparıb. Gərgin keçən görüşlərin nəticələrinə əsasən,
komanda hesabında I yerə "Təhsil" RİM-in 1 saylı
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər
İdman Məktəbinin, II yerə Gəncə şəhər 1 saylı
Uşaq-Gənclər İdman Məktəbinin, III yerə isə Ağdaş
Rayon Uşaq-Gənclər İdman Məktəbinin komandaları layiq
görülüb.
Müxtəlif çəki dərəcələrində və komanda hesabında yer
qazanan qaliblərə medal, diplom və kuboklar təqdim
olunub. |