Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2015 - №03

 

Belçikanın Vaterloo şəhərində Azərbaycanın gənc rəssamlarının sərgisi açılıb

 

Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi ilə "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən Vaterloo şəhərində Azərbaycanın gənc rəssamlarının sayca üçüncü sərgisi açılıb. 

Fevralın 21-dək davam edəcək sərgidə 23 rəssam və bir heykəltəraşın 105 əsəri nümayiş olunur.

AzərTAc xəbər verir ki, sərginin açılış mərasimində çıxış edən səfir Fuad İsgəndərov Azərbaycanın dünyada qədim tarixə və mədəniyyətə malik olan bir ölkə kimi tanındığını vurğulayaraq, rəssamlıq sənətinə ölkəmizdə daim yüksək qiymət verildiyini və bu gün bu irsin gənc rəssamlar tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Diplomat bu kimi sərgilərin gənc azərbaycanlı istedadların üzə çıxması ilə yanaşı, Azərbaycana məxsus rəssamlıq məktəbi ənənələrinin dünyada tanıdılmasına mühüm töhfə verdiyini qeyd edib.  Mərasimdə Vaterloo şəhər burqamistri Serge Kubla azərbaycanlı gənc rəssamların sərgisinə ev sahibliyi etməkdən məmnunluğunu ifadə edib. O, Azərbaycan səfirliyinin təşəbbüsü ilə yaxın zamanlarda Vaterloo şəhər parkında Şərq dünyasının ədib və şairəsi, eyni zamanda rəssam olmuş Xurşidbanu Natəvanın 2,4 metr hündürlüyündə bürüncdən heykəlinin qoyulacağını da rəsmən elan edib.

Açılış mərasimində Belçika ictimaiyyətinin nümayəndələri, Belçikada akkreditə olunmuş diplomatik korpusun üzvləri, Avropa İttifaqının müxtəlif qurumlarının əməkdaşları və Belçikada yaşayan Azərbaycan diasporunun təmsilçiləri iştirak etmişlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov