Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2015 - №03

 

Məktəbin müəllim və şagird kollektivi "Qanlı Yanvar" filminə tamaşa ediblər

 

Yanvarın 20-də  rəhbərlik etdiyim məktəbin  müəllim və  şagird   kollektivi ilə birlikdə "Metropark"da Vahid Mustafayevin çəkdiyi "Qanlı Yanvar"  filminə  tamaşa etdik. Gənclərin  belə filmlərə  baxmaları çox əhəmiyyətlidir.   Heç də sirr deyil ki, bəzən  bədii əsərin və yaxşı bir bədii filmin gənclərin həyatında oynadığı rolu nə bir məktəb tədbiri, nə də hər hansı sənədli film əvəz edə bilmir. 

Tamaşa etdiyimiz  "Qanlı Yanvar" filmi də bugünkü gənclərimizin həyatında  çox  böyük rol oynayaraq  onlarda  güclü vətənpərvərlik hissi aşılayır.  Filmdə  müəllimlərin  şagirdlərə verdiyi  "Vətəni necə sevmək lazımdır"  sualı      öz əksini  yüksək səviyyədə tapıb.

Ümummilli liderimiz Heydər Əliyevin 1990 -cı il yanvarın 21-də  olan tarixi çıxışı  və xarici jurnalistin dilindən  ulu öndərə verilən yüksək qiymət     filmdə göstərilib.

Biz müəllimlərin ümdə vəzifəsi şagirdlərə vətəni sevməyi öyrətmək  və həqiqətləri olduğu kimi çatdırmaqdır.  Yaxşı bilirik ki,  ümummilli liderimiz Heydər Əliyevin o vaxtkı  tarixi çıxışı ümidi qırılmış xalqın özündə yenidən mübarizə  gücü tapmasında çox böyük rol oynadı.  Müəllif    bütün bunları  "Qanlı Yanvar" filmində  Azərbaycan xalqına və  bütün dünyaya   çatdırır.

Bu gün işlədiyim məktəbin müəllim və şagird kollektivi adından  "Azərbaycan müəllimi"  qəzeti vasitəsilə "Qanlı Yanvar " filmini çəkdiyinə görə  Vahid Mustafayevə minnətdarlıq edir və  xalqımızın rəşadət və qəhrəmanlığını əks  etdirən yeni  filmlər  çəkməkdə ona  uğurlar   arzulayıram. 

Tahirə ŞÜKÜROVA,
Bakı şəhəri 39 nömrəli tam orta məktəbin direktoru

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov