IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatının
birgə layihəsi olan "Uşaqlar üçün ekoloji
laboratoriya"nın ilk məşğələsi keçirilib. Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında yerləşən IDEA Resurs Mərkəzində baş tutan
məşğələ gənc ekoloqların böyük marağına səbəb olub.
Məşğələ zamanı uşaqlar laboratoriya tədqiqatı vasitəsilə
təbiət hadisələrinin, xüsusilə də buzların əriməsinin
sirlərini öyrəniblər. İnteraktiv xarakter daşıyan
məşğələnin gedişində uşaqlar üçün təbiətlə bağlı
həvəskar yarışmalar və maraqlı oyunlar təşkil edilib.
"Uşaqlar üçün ekoloji laboratoriya" layihəsinin məqsədi
uşaqların ətraf mühit və təbiəti daha yaxşı dərk
etməsinə yardım etmək və gənc nəslin təbiətə qayğı
hissləri ilə yetişməsinə töhfə verməkdən ibarətdir.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |