Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2015 - №03

 

İmtahan sessiyası zamanı "Açıq qapı - valideyn günü" keçirilib

 

Yanvarın 16-da Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında "Açıq qapı - valideyn günü" keçirilib.

Valideynlər, kütləvi informasiya vasitələri və ictimaiyyətin  nümayəndələrinin iştirak etdikləri tədbiri filialın direktoru, dosent Rasim Şükürov açaraq imtahan sessiyasının ali məktəb həyatında mühüm və məsuliyyətli  bir dövr olduğunu diqqətə çatdırıb. Direktor ali məktəblə valideynlər arasında sıx əlaqənin olmasını təhsil müəssisəsində şəffaf və obyektiv mühitin yaradılmasına daha geniş imkanlar açdığını qeyd edib və belə əlaqələrin vacibliyini vurğulayıb.

Filologiya və təhsildə psixoloji xidmət fakültəsinin dekanı, dosent H.Qədimova və pedaqoji fakültənin dekanı N.Zeynalov imtahanların gedişi haqqında geniş məlumat veriblər. Fakültə  dekanları imtahan   sessiyasında hər hansı bir çatışmazlığın olmamasını ona mütəşəkkil hazırlığın aparılması ilə əlaqələndiriblər.

Sonra valideynlərə söz verilib. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə II kurs  tələbəsi Svetlana Nəsiblinin valideyni Maarif Nəsibov, həmin ixtisas üzrə III kurs tələbəsi Aysel İsgəndərovanın  valideyni İlqar İsgəndərov, riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə III kurs tələbəsi  Ana Kərimovanın valideyni Kərim Kərimov imtahanların yüksək səviyyədə təşkil olunduğunu, tələbələrin, o cümlədən də burada təhsil alan övladlarının, nəvələrinin qiymətləndirilməsində obyektivlik və şəffaflığın təmin edildiyini bildirib, valideynlərə yaradılan şəraitə görə filial rəhbərliyinə təşəkkür ediblər. Valideynlər həmin gün keçirilən imtahanlarda və tələbələrin cavablarının yoxlanılması prosesində iştirak ediblər.

Filialın direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent R.Şükürov sonda tələbələrin öyrəndikləri bilikləri  dəyərləndirməyə imkan verən imtahan sessiyasının təkcə ali məktəblər üçün deyil, eyni zamanda bütün ictimaiyyət üçün önəmli bir proses, burada aşkarlıq və şəffaflığı gözləməyin nə qədər vacib olduğunu qeyd edib. Bildirib ki, biz təkcə bu gün deyil, bütün imtahan sessiyasını aşkarlıq və obyektivlik şəraitində keçirməyə çalışırıq. Bütün görülən işlərin əsas məqsədi dövlətimizin həyata keçirdiyi təhsil siyasətini uğurla reallaşdırmaqdır. 

Namaz  MANAFOV,
AMİ-nin Mingəçevir filialının  xarici dillər kafedrasının müdiri, dosent

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov