"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi ağsulu
yeniyetmələrlə görüş keçirib.
Ağsu Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda
bildirilir ki, "Bakı-2015" Avropa Oyunları Əməliyyat
Komitəsi Bakı şəhərində keçiriləcək birinci Avropa
Oyunlarının təbliği və təşviqatı çərçivəsində yanvarın
15-də Ağsuda IX-XI sinif şagirdləri ilə görüş keçirib.
Tədbirdə əməliyyat komitəsinin əməkdaşı Lalə Eyvazova
yeniyetmələri ilk Avropa Oyunları, onun Bakıda
keçirilməsinin səbəbləri, oyunlara hazırlıq işləri
barədə ətraflı məlumatlandırıb.
Canlı dialoq, sual-cavab şəklində keçirilən görüşdə
ağsulu yeniyetmələr "Bakı-2015" ilk Avropa Oyunlarını
səbirsizliklə gözlədiklərini nümayiş etdiriblər.
Sonda məktəblilərə ilk Avropa Oyunlarının rəmzi kimi baş
örtüyü və çanta hədiyyə edilib. |