Xaçmaz Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda qeyd
olunur ki, akademik Zərifə Əliyeva adına 8 nömrəli
məktəb-liseydə məktəblilərin 2014-2015-ci dərs ilində
respublika fənn olimpiadalarının rayon mərhələsi
keçirilib.
Azərbaycan və rus bölmələrindən 200 nəfərə yaxın
şagirdin qatıldığı bilik yarışması 8 fənn üzrə aparılıb.
Fənn olimpiadasında ilk dəfə olaraq suallar test
formasında təqdim olunub.
Şagirdlərin cavab kartları Təhsil Nazirliyində yaradılan
xüsusi komissiyada kompüter vasitəsilə yoxlanılacaq.
Fənn olimpiadalarının rayon mərhələsində fərqlənən
şagirdlər respublika mərhələsində iştirak edəcəklər.
|