Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2015 - №03

 

Ümumxalq hüzn günü

 

Yanvarın 16-da Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında 20 Yanvar faciəsinin 25-ci ildönümünə  həsr olunmuş anım tədbiri keçirildi. Filialın professor-müəllim və tələbə heyətlərinin iştirakı ilə təşkil olunmuş tədbir Şamaxı şəhərində şəhidlərin xatirəsinə yaradılmış Şəhidlər xiyabanında keçirildi. Tədbir iştirakçıları öncə şəhidlərin məzarı üzərinə  qərənfillər düzdülər.

 Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

 Tədbiri AMİ-nin Şamaxı filialının direktoru Tünzalə Yusifova giriş sözü ilə açaraq bildirdi ki, 20 Yanvar hadisəsi sovet imperiyasının millətimizə qarşı törətdiyi  tarixi faciədir.  1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet  imperiyasının xüsusi hazırlıqlı ordusu tərəfindən planlı şəkildə Azərbaycan xalqına qarşı törədilən  faciə  xalqın yaddaşında  silinməz iz qoydu.

Qeyd edildi ki, ümummilli  liderimiz  Heydər Əliyev Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənlərin, şəxsən Mixail Qorbaçovun ünvanına kəskin ittihamlar söylədi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi.

Tədbirdə çıxış edənlər 20 Yanvar faciəsinin dəhşətlərindən söz açdılar.

Tələbələrin hazırladığı şeir kompozisiyası sonda bütün tədbir iştirakçılarını kövrəltdi.
 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov