Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2015 - №03

 

Azadlıq və müstəqilliyimizin çətin və şərəfli yolu

 

Böyütmək üçün seçin20 Yanvar faciəsi qurbanlarının xatirəsi ölkəmizin hər yerində olduğu kimi, Bakıdakı 51 nömrəli tam orta məktəbdə də yad edildi. Əvvəlcə məktəbin 4 "a" sinif şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Sonra məktəbin direktor müavini Kifayət Məmmədova və ibtidai sinif müəllimi Səkinə İbadova qanlı Yanvar faciəsinin canlı şahidləri kimi sovet ordusunun əliyalın insanların başına gətirdikləri müsibətlərdən danışdılar. Vurğulandı ki, məktəblilər də, bütün xalqımız da azadlıq və müstəqilliyimiz uğrunda şəhid olmuş insanların xatirəsini həmişə əziz tutur, şanlı tariximizi heç vaxt yaddan çıxarmırlar.

4 "a" sinif şagirdləri Züleyxa Əliyeva, Mütalib Əsgərov, Nəriman Şirinli, Hökümə Babayeva və başqaları faciə qurbanlarının xatirəsinə həsr edilmiş şeirlər söylədilər.

Sonra məktəbin böyük zalında tədbir davam etdirildi. Direktor Lətafət Səmədova bildirdi ki, 20 Yanvar Azərbaycanda hüzn günü olmaqla bərabər həm də müstəqillik uğrunda ayağa qalxmış xalqımızın qəhrəmanlıq salnaməsidir. Bu şanlı səhifəni gələcək nəsillərə çatdırmaq isə biz müəllimlərin, şagirdlərin də ümdə vəzifəsi olmalıdır. İnformasiya blokadasında olan Azərbaycanın  ağır günlərində ümummilli lider Heydər Əliyev yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək, xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv adlandıraraq bütün dünyaya bəyan etdi.

Sonra müəllimlərdən Rahilə Əsgərova, İlhamə Muradova, Təranə Sadıqova və Tofiqə Məcidovanın hazırladıqları slayd və məktəblilərin ifasında ədəbi-bədii kompozisiya göstərildi. Şagirdlərdən Mələk Müzəffərova, Dilşad Rəsulova, Ləman Abdullazadə, Nicat İsmayılov, Asəf Əliyev və başqalarının səsləndirdikləri şeir nümunələri, ifa etdikləri mahnılar toplaşanları bir daha həmin günlərə qaytardı.

Sonda bir daha qeyd olundu ki, yanvar  faciəsindən illər, qərinələr ötəcək, əsrlər keçəcək, lakin onların qəhrəmanlığı heç vaxt xalqımızın yaddaşından silinməyəcək. 

Qabil YUSİFOĞLU

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov