Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2015 - №03

 

Yaddaşlardan silinməyən tarix

 

Böyütmək üçün seçin20 Yanvar gecəsi şəhid olanların, xalqımızın qəhrəmanlıq tarixini yazanların həyatı gələcək nəsillər üçün örnəkdir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: "O ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildir. Bütün Azərbaycan xalqına, Azərbaycan millətinə, Azərbaycan ölkəsinə edilən hərbi təcavüz idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır".

Bu fikirləri Naxçıvan Özəl Universitetində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar elmi-praktik konfransda universitetin rektoru, professor İsmayıl Əliyev səsləndirib. Rektor bildirib ki, Qanlı Yanvar faciəsinə ilk hüquqi-siyasi qiymət ulu öndərimiz tərəfindən, o, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən verildi. İkinci dəfə hakimiyyətə gəldikdən sonra məhz Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə Şəhidlər xiyabanında "Əbədi məşəl" abidəsi ucaldıldı. 20 Yanvar faciəsi xalqımızın iradəsini, mənliyini sındıra bilmədi. Azərbaycan xalqının yaşamaq hüququnu onun  əlindən ala bilmədi. Bu yara, bu zərbə nə qədər ağır olsa da Azərbaycan xalqının qəddi əyilmədi, əksinə xalqımız başını daha qürurla tutaraq verdiyi qurbanları nəticəsində öz müstəqilliyini əldə edib onu qorudu, möhkəmləndirdi. Bu gün də müstəqil Azərbaycan qürurla irəliləyir, inkişaf edir, yüksəlir.

Konfransda müxtəlif mövzularda çıxışlar dinlənilib.

Sonda tələbələr 20 Yanvar şəhidlərinə həsr edilmiş şeirləri bədii qiraət edib, faciə ilə bağlı slayd nümayiş olunub. 

Nuray ƏSGƏROVA,
NÖU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov