Yanvarın
19-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin (ADMİU) professor-müəllim heyəti və
tələbələri Şəhidlər xiyabanını ziyarət ediblər,
Şəhidlər kompleksindəki "Əbədi məşəl" abidəsi önünə və
şəhid məzarlarına gül dəstələri qoyublar.
Sonra ADMİU-da 20 Yanvar faciəsinə həsr olunmuş tədbir
keçirilib. Tədbirdə universitetin professor-müəllim
heyəti, tələbələr və ADMİU-nun məzunu, 20 Yanvar günü
şəhid olmuş Ələkbərov Azər Nəsib oğlunun ailə üzvləri
iştirak ediblər.
Tədbiri rektor, professor Fərəh Əliyeva açaraq
tariximizin qanlı və şanlı səhifəsi olan 20 Yanvar
günündən, bu günün Azərbaycan tarixindəki önəmindən
danışıb, şəhid olan universitetimizin məzunlarına guşə
yaradılması, sənədli filmin çəkilməsi üzərində iş
aparıldığını qeyd edib.
Professor Nizaməddin Şəmsizadə, professor Aqşin Babayev,
dosent Xaləddin Sofiyev, dosent, əməkdar artist Ağalar
Bayramov və universitetin əməkdaşı Qabil Qocayev çıxış
edərək Qanlı Yanvar faciəsindən, şəhid Azər Ələkbərov
haqqında xatirələrdən söhbət açıblar. Tədbirdə həmçinin
Azər Ələkbərovun tanınmış xalq rəssamı Mikayıl
Abdullayev tərəfindən çəkilmiş portreti və şəhidə həsr
olunan fotoslayd nümayiş olunub. |