Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2015 - №03

 

Şamaxı məktəblərində silsilə tədbirlər

 

Böyütmək üçün seçinYanvarın 16-dan başlayaraq Şamaxı rayonunun ümumtəhsil məktəblərində və məktəbdənkənar müəssisələrində 20 Yanvar hadisələrinə həsr olunmuş stendlər, guşələr yaradılmış və məktəb divar qəzetləri buraxılmışdır.

Rayonun bütün ümumtəhsil məktəbləri bu vacib tədbirə qoşulmuş, şagirdlərin hərbi-vətənpərvərlik və Vətənə məhəbbət tərbiyəsinə xüsusi diqqət ayırmışlar.

20 Yanvar faciəsinə həsr edilmiş tədbirləri daha yüksək səviyyədə keçirən Şamaxı Avropa və THT liseylərində, şəhər 1, 2, 3, 6, 9, 10  nömrəli Şəhriyar, Sabir, Mədrəsə, İnşaatçı, Y.Məmmədəliyev qəsəbə, Məlhəm, Əngəxaran, Muğanlı, Nağaraxana, Qonaqkənd, Göylər 2 nömrəli, Məlikçobanlı, Kərkənc, Meysəri, Avaxıl, Çuxuryurd, II Cabanı, Mirikənd, Qəleybuuqurd, Saqiyan, Şiravan kənd tam orta, Şərədil, Böyük Xınıslı və Sis kənd ümumi orta məktəblərində keçirilən silsilə tədbirlərdə milli faciə kimi yaddaşımızda dərin kök salmış 20 Yanvarın mahiyyəti barədə geniş məlumat verilmişdir.

Bu zaman günahsız insanlara qarşı törədilmiş qanlı cinayətin dəhşətlərini, totalitar sovet rejiminin yırtıcı mahiyyətini geniş şəkildə şagirdlərə çatdırmaqla, onlarda Vətəni sevmək, Vətənin azadlığı, toxunulmazlığı naminə mübarizlik ruhunun gücləndirilməsi, qan yaddaşının təzələndirilməsi kimi vacib dəyərin aşılanması əsas yer tutmuşdur.

Yanvarın 16-da şəhər məktəblərinin iştirakı ilə keçirilən Şamaxı Mədəniyyət sarayında 20 Yanvar faciəsinə həsr edilmiş tədbir öz möhtəşəmliyi ilə fərqlənmişdir.

İctimaiyyət nümayəndələrinin, müəllimlər və şagirdlərin iştirak etdiyi tədbirlərdə çıxış edən rayon təhsil işçiləri və ziyalılar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar haqqında geniş danışmış, xüsusən ulu öndər, dünya şöhrətli dahi şəxsiyyət Heydər Əliyevin həmin vaxt bu dəhşətli qırğını elə Moskvada cəsarətlə ifşa etməsi, xalqın haqq səsini bütün dünyaya çatdırması kimi tarixi faktları tədbir iştirakçılarının nəzərinə çatdırmışlar.

"Qan yaddaşı" günü münasibətilə məktəblərdə vətənpərvərlik mövzusunda bədii qiraət gecələri keçirilmiş, şeirlər söylənmiş, kompozisiya və tamaşalar göstərilmiş, inşa-yazı, rəsm müsabiqələri və idman tədbirləri təşkil olunmuşdur.  

Ədalət MƏMMƏDOV,
Şamaxı RTŞ Metodkabinetinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov