Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2015 - №03

 

Təhsil Problemləri İnstitutunda "20 Yanvar qürur günümüzdür" mövzusunda tədbir

 

Böyütmək üçün seçin Yanvarın 19-da Təhsil Problemləri İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş "20 Yanvar qürur günümüzdür" mövzusunda tədbir keçirilib. Şəhidlərin xatirəsi  bir dəqiqəlik sükutla yad edilib. Sonra institutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov çıxış edərək bildirib ki, 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil.  Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Diqqətə çatdırılıb ki,  uzun illər sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixi gündür 20 Yanvar.

İnstitutun direktoru bildirib ki, həmin günlərdə xalqının səsinə hər kəsdən əvvəl səs verən Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında olmasına baxmayaraq, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də oğlu İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəlib, təcavüzə kəskin etirazını bildirib, faciəni törədənləri kəskin ittiham, qoşunların Bakıdan çıxarılmasını tələb edib. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda xalqının yanında olduğunu bildirməklə, Moskvanın  özündə rus imperiyasını atdığı bu addımına görə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyev və oğlu İlham Əliyev bununla, hər şeydən əvvəl Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqelərini nümayiş etdiriblər... Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi...

 Bildirildi ki, ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi.

..."20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu... Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul edildi. Qərarda  1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi...

Sonra 20 Yanvar faciəsində baş vermiş hadisələri əks etdirən "Qanlı Yanvar, qan yaddaşımız" adlı videoçarx nümayiş olundu.

Videoçarxın nümayişindən sonra Şəhidlər xiyabanının necə yaradılması ilə bağlı o zaman Təhsil Nazirliyində çalışan Dəfn komissiyasının sədr müavini Azər Nəbiyev  çıxış etdi. O, həmin qanlı yanvar gecəsində baş verənləri ürək yanğısı ilə xatırladaraq gözləri ilə gördüyü dəhşətli mənzərəni bir daha toplantı iştirakçılarına danışdı.

Təhsil Problemləri İnstitutunun şöbə müdirləri və digər əməkdaşları faciə ilə bağlı fikirlərini bölüşdülər. 

TPİ-nin Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov