Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2015 - №03

 

20 Yanvar şəhidlərinin xatirəsi unudulmazdır

 

Böyütmək üçün seçinYanvarın 16-da Bakı Slavyan Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, universitetin təlim-tərbiyə şöbəsi və Magistrantlar Şurasının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Xalqımızın azadlıq mücadiləsi tarixində şanlı səhifə açmış şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra mərasimi giriş sözü ilə açan ali təhsil müəssisəsinin rektoru, professor Asif Hacıyev 25 il öncə Azərbaycan xalqının öz azadlığı, müstəqilliyi, toxunulmazlığı uğrunda apardığı mübarizənin dönüş nöqtəsinə çevrilmiş yanvar gecəsində yaşanılan dəhşətləri bir daha tədbir iştirakçılarına xatırladıb. 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik tarixində mühüm əhəmiyyət kəsb etdiyini deyən rektor ümummilli lider Heydər Əliyevin faciənin ertəsi günü bütün təzyiqlərə baxmayaraq, Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək Bakıda  baş vermiş cinayət barədə bütün dünya ictimaiyyətinin məlumatlandırılmasını yüksək vətəndaşlıq mövqeyi, əsl qəhrəmanlıq nümunəsi kimi qiymətləndirib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qanlı gecədə sovet qoşunlarının Bakıya daxil olaraq törətdiyi cinayətdən və bu faciənin dəhşətli nəticələrindən danışıb. O, həmçinin qeyd edib ki, Fond Bakıda, habelə Azərbaycanın müxtəlif rayonlarında fəaliyyət göstərən orta təhsil müəssisələrində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbirlərə təşkilatçılıq edir.

Mərasimdə Respublika Milli Qəhrəmanlar Birliyinin sədri Mirbəşir Seyidzadə, Milli Qəhrəman Asif Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov, "Müharibə Veteranı Qadınlarına Sosial Yardım" İctimai Birliyinin sədri Rada Abbas, BSU-nun dosenti Sadir Məmmədov və magistrant Rəna Məmmədova 20 Yanvar faciəsinə qədər sovet hakimiyyətinin Azərbaycana qarşı məkrli siyasətini tarixi aspektdən dinləyicilərin diqqətinə çatdıraraq faciənin səbəbləri və faciə zamanı yaşanmış dəhşətli hadisələr haqqında ətraflı məlumat veriblər.

20 Yanvar hadisələrinə dair fotoşəkillərin və kitabların sərgiləndiyi tədbir faciəyə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb. 

Bilik Fondunun İnformasiya Təminatı sektoru

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov