Təhsil Problemləri İnstitutunda Qafqaz Universitetinin
rektoru, professor Ahmet Saniç ilə görüş keçirilib.
Görüşü Təhsil Problemləri İnstitutunun direktoru, hüquq
üzrə fəlsəfə doktoru Qulu Novruzov açaraq qonağı
salamlayıb, rəhbərlik etdiyi institutda aparılmış
struktur, kadr dəyişiklikləri, yeni yaradılmış şöbələr
barədə məlumat verib, burada aparılan tədqiqatlardan
danışıb. Q.Novruzov bu günlərdə Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət
Planı"nın Dövlət Strategiyasında müəyyənləşdirilmiş
hədəflərə çatmaq üçün mühüm sənəd olduğunu bildirib.
Azərbaycan təhsilinin məzmununun məhz bu institutda,
institutun əməkdaşları və fənn mütəxəssisləri tərəfindən
hazırlanması prosesindən söhbət açıb.
Qafqaz Universitetinin rektoru Ahmet Saniç dəvət üçün
Qulu Novruzova təşəkkürünü ifadə edib, rəhbərlik etdiyi
universitetin fəaliyyətindən söz açıb, son zamanlar
xüsusi önəm verdikləri pedaqoji ixtisasın
mükəmməlləşdirilməsi işində Təhsil Problemləri İnstitutu
ilə sıx əlaqə saxlamaq istədiklərini bildirib. A.Saniç
bir neçə sahə üzrə, xüsusilə də pedaqoji sahədə birgə
layihələr , müəllim hazırlığı, birgə elmi əsərlərin
hazırlanması, TPİ-də mövcud olan işçi qruplarda
nümayəndələrinin olması üçün əməkdaşlıq və s. barədə
təkliflərini çatdırıb.
Qulu Novruzov Təhsil Problemləri İnstitutunun Qafqaz
Universiteti ilə yanaşı digər ali məktəblərlə
əməkdaşlığa da açıq olduğunu vurğulayıb.
TPİ-nin Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi
|