Bu il ilk dəfə Azərbaycan Milli Elmlər Akademiyasında
təhsilin magistratura pilləsinə yeddi ixtisas üzrə qəbul
aparılacaq. Bunu akademiyada keçirilən mətbuat
konfransında AMEA-nın prezidenti, akademik Akif Əlizadə
söyləyib. Bildirilib ki, magistraturaya qəbulun
aparılması yeni pilot layihəsi kimi həyata keçiriləcək
və burada təhsil alanlar müəyyən elmi istiqamətdə
hazırlanacaqlar. AMEA-nın rəhbəri qeyd edib ki,
magistraturaya qəbul fevralda elan ediləcək və dilçilik,
antropologiya, geologiya, molekulyar biologiya,
bitkilərin seleksiyası, nəzəri və riyazi fizika, kimyəvi
genetika və kataliz ixtisasları üzrə aparılacaq. |