Ümumtəhsil məktəblərində təlim - tərbiyə işləri üzrə
direktor müavini, tərbiyə işləri üzrə direktor müavini
(təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq
üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 24-25
yanvar tarixlərində imtahan keçiriləcəkdir
Qeyd edək ki, müsabiqə 3 mərhələdən ibarətdir və
imtahanda I mərhələdə (17-24 noyabr tarixlərində)
bakuedu.az saytında qeydiyyatdan keçən və tələblərə
uyğun olan namizədlər iştirak edə biləcəklər.
24-25 yanvar tarixlərində baş tutacaq müsabiqənin II
mərhələsində isə namizədlərə imtahan keçiriləcəkdir. Baş
tutacaq imtahan özlüyündə 2 mərhələdən ibarət olacaqdır.
Direktor müavini vəzifəsi üzrə sənəd verən namizədlərə
test imtahanı (30 sual) üçün 1 saat, onlara təqdim
olunmuş mövzu üzrə esse yazmaq üçün 1 saat (ümumilikdə 2
saat) vaxt veriləcəkdir.
Laborantlıq üzrə qeydiyyatdan keçən namizədlərə isə test
(30 sual) üçün 1 saat, onlara verilmiş mətnin çap
edilməsi üçün 30 dəqiqə vaxt (ümumilikdə 1,5 saat) vaxt
veriləcəkdir.
İmtahandan uğurla keçən namizədlər III mərhələdə
komissiya tərəfindən təşkil olunmuş müsahibədə iştirak
edəcəkdir.
Müsahibədən müvəffəqiyyət qazanmış namizədlər vakant
vəzifələrə yerləşdiriləcək və vakant yerlər olmadığı
təqdirdə namizədlərin sənədləri BŞTİ-nin kadrlar
bazasında toplanılacaqdır. Yeni vakansiyalar yarandığı
halda bu namizədlərin müsabiqədəki göstəricilərinə
əsasən işlə təmin olunması nəzərdə tutulur. |