Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2015 - №03

 

"Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri" Respublika müsabiqəsinin keçirilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Yaradıcılıq sahəsində xüsusi istedada malik uşaq və gəncləri üzə çıxarmaq və onların potensial imkanlarının inkişaf etdirilməsinə lazımi şərait yaratmaq məqsədi ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq  

ƏMR EDİRƏM: 

1. "Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri" Respublika müsabiqəsi keçirilsin.

2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).

3. Naxçıvan MR təhsil naziri, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) müdirləri, ümumi təhsil, ilk peşə-ixtisas təhsili, məktəbdənkənar təhsil müəssisələri və internat məktəblərinin direktorları müsabiqənin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlər görsünlər.

4. De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi (M.Hacıyeva) internat məktəblərinin müsabiqədə iştirakı ilə bağlı satın alınması tələb olunan mal və materiallar  barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.

5. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) müsabiqənin yekun tədbirinin keçirilməsi, qaliblərin mükafatlandırılması, "Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri kataloqu"nun hazırlanması və müvafiq tirajla çap olunması ilə əlaqədar  mal,  iş  və  xidmətlərin  satın  alınması üzrə  lazımi  tədbirlərin  həyata  keçirilməsini  təmin etsin.

6. Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (V.Məmmədov) müsabiqə ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.

7. İqtisadiyyat şöbəsi (R.Orucov) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsin.

8. İnformasiya şöbəsi (E.Əliyev) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını, əlavələrlə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirilməsini və çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

9. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunsun. 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
21 yanvar 2015-ci il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov