* Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda
iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gedib. Səfər
müddətində dövlətimizin başçısı bir sıra görüşlər
keçirib.
* Azərbaycan Prezidenti İlham Əliyev 20-21 yanvar
tarixlərində Almaniya Federativ Respublikasında işgüzar
səfərdə olub. Səfər zamanı Azərbaycan və Almaniya
Federativ Respublikası arasında ikitərəfli
münasibətlərin inkişafı ilə bağlı məsələlər müzakirə
olunub.
* Yanvarın 20-də ölkə başçısı İlham Əliyev Şəhidlər
xiyabanında Qanlı Yanvar faciəsində həlak olanların
əziz xatirəsini yad edib və "Əbədi məşəl" abidəsi önünə
əklil qoyub.
* Prezident İlham Əliyev yanvarın 19-da Yaponiyanın
xarici işlər nazirinin müavini Minoru Kiuçinin başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib.
* Dövlət başçısı İlham Əliyev yanvarın 19-da imzaladığı
fərmanla Azərbaycan Respublikası Dövlət Neft Fondunun
2015-ci il büdcəsini təsdiq edib.
* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
ötən ilin dekabrın 30-da "Dövlət qulluğu haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə Azərbaycan Respublikasının Qanununu
təsdiqləyib. Prezident 13 yanvar 2015-ci il tarixdə isə
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2014-cü il 30 dekabr tarixli 1160 IVQD
nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb. |