Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2015 - №02

 

Şahmatçı qızlar və oğlanlar mübarizə aparıblar

 

Respublika Şahmat Mərkəzində keçirilən 14-16 yaşlı oğlanlar və qızlar arasında Bakı birinciliyi başa çatıb. Yarışın əsasnaməsinə görə, hər yaş qrupundan finala çıxmaq hüququ verən yerlərin sayı belə idi: 14 yaş oğlanlar - 4 yer, 14 yaş qızlar-5 yer, 16 yaş oğlanlar - 3 yer, 16 yaş qızlar-4 yer. 14 yaşadək oğlanların mübarizəsində Fərid Aslanov 9 oyundan 8.5 xal toplayaraq birinci oldu. 2-ci yerin sahibi aktivinə 8 xal yazan Andrey Mustafin olub. Qurban Bayramov 7 xalla 3-cü, Yusif Məmmədov isə 6 xal toplayaraq 4-cü yerdə möhkəmlənib. Eyni yaş qızların birinciliyində Aytac Heydərova 7 oyundan 7 xal toplayaraq 100 faizlik nəticə göstərib. Aysu İsmayılova 5.5 xal toplayaraq 2-ci pillədə qərarlaşıb. 3-cü yerə isə aktivinə 4.5 xal yazan Səriyyə Zeynalova çıxıb. Sevinc Tağıyeva və Ülkər Həsənzadə hərəyə 4 xal toplayaraq 4-5-ci yerləri bölüşdürüblər.

16 yaşlı oğlanlar arasında Oğuz Abışlı və Asim İmanov 5.5 xal toplayaraq 1-2-ci yerləri tutublar. Səid Rəfili isə aktivinə 5 xal yazaraq 3-cü yerin sahibi olub. Eyni yaş qızların mübarizəsində Sona Hüseynova, Aynur Abbasova, Ayşən Quliyeva və Nərmin Quluzadə finala vəsiqə qazanıblar. 

Hazırladı: Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov