Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2015 - №02

 

Sumqayıt samboçuları 8 medal qazanıblar

 

Şağan Olimpiya İdman Kompleksində keçirilən kişilər arasında sambo üzrə Azərbaycan çempionatında  Sumqayıt idmançıları 8 medal qazanıblar.  Şəhər gənclər və idman baş idarəsindən aldığımız məlumata görə, ölkənin müxtəlif regionlarını təmsil edən 200-ə yaxın idmançının qatıldığı çempionatda Sumqayıt samboçuları Röyal Dünyamalıyev (57 kq), Emin Qulamov (68 kq) və Azad Zahidov (100 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Sumqayıtın digər təmsilçiləri - Pərviz Şükürov (68 kq) gümüş, Ramil Ramazanov (52 kq), Mehman Xəlilov (57 kq), Murad Rəcəbli (90 kq) və Mətləb Məmmədov (100 kq) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, Röyal Dünyamalıyevin qalib olduğu 57 kq çəki dərəcəsi Avropa Oyunlarının proqramına daxil edilmiş çəki dərəcəsidir.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov