Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2015 - №02

 

Layihə çərçivəsində təlimlərə start verilib

 

Təhsil Nazirliyinin dəstəyi ilə "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi tərəfindən "Respublika Məktəblərarası Debat Forumu 2014" layihəsi çərçivəsində təlimlərə start verilib.

Təlimlər "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın müvafiq bəndinə uyğun olaraq təşkil edilib.

Layihə çərçivəsində ilkin olaraq Şəki, Gəncə və Şəmkirdə "Sağlam həyat tərzi" mövzusunda təlimlər keçirilib. Təlimlərdə 30 məktəbdən 150-yə yaxın şagird iştirak edib. Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov tərəfindən aparılan təlimlərdə interaktiv tədris metodlarının köməyi ilə şagirdlərə ilkin biliklər verilib, onlar sağlam həyat tərzi barədə məlumatlandırılıblar.

Növbəti təlimlər Bakı, Sumqayıt və Lənkəran şəhərlərində yerləşən ümumtəhsil məktəblərinin şagirdləri üçün keçiriləcək.

Layihənin növbəti mərhələsində məktəblilər debat təlimlərində və daha sonra debat turnirlərində iştirak edəcəklər. Debat turnirlərində uğurlu nəticə göstərən şagirdlər və qalib komandalar mükafatlandırılacaqlar.

Ümumilikdə, "Respublika Məktəblərarası Debat Forumu 2014" layihəsinin məqsədi debat-təhsil metodologiyası vasitəsilə Azərbaycanın müxtəlif bölgələrində yaşayan və təhsil alan şagirdlər arasında sağlam həyat tərzi üzrə maarifləndirmə işlərinin aparılmasıdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov