Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2015 - №02

 

Təhsil ocağının 30 illiyinə həsr olunmuş tədbir keçirilib

 

Yanvarın 15-də Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən Elçin Qaranzadə adına 270 nömrəli tam orta məktəbin 30 illik yubileyi keçirildi. Yubiley tədbirində məktəbin müəllim-şagird kollektivi ilə yanaşı, millət vəkili Sevinc Fətəliyeva, Təhsil Nazirliyinin nümayəndələri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov və digər şəxslər iştirak edirdilər.

Dövlət himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əli İsgəndərov yubiley münasibəti ilə məktəb kollektivini təbrik etdi. Ölkə Prezidenti İlham Əliyevin təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açdı. Məktəbin 30 illik tarixi haqqında danışan direktor, təhsil ocağının nailiyyətlərini, pedaqoji kollektivin uğurlarını xüsusilə qeyd etdi.

Sonra məktəbin 30 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi.  

Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov yubiley münasibətilə pedaqoji kollektivi təbrik etdi. Ölkəmizdə təhsillə bağlı həyata keçirilən islahatlardan söz açdı. Məktəbin tarixi ənənələrindən danışan H.Əsgərov uğurların davamlı olacağına ümidvar olduğunu bildirdi.

Tədbirdə  məktəb şagirdlərinin ifasında mahnılar səsləndirildi, şeirlər söyləndi. Məktəbin "Dalğa" ansamblının çıxışı alqışlarla qarşılandı.

30 illik yubiley münasibətilə idman oyunları, inşa, şeir müsabiqələri üzrə keçirilən yarışlarda qalib gələn şagirdlərə diplomlar təqdim edildi. 

Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov