Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU)
rektoru, professor Cəfər Cəfərovun Avstriya
Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri
Aksel Vexlə görüşündə ATMU-nun tərəfdaşı - İMC Krems
Tətbiqi Elmlər Universiteti ilə həyata keçirilən
müştərək proqramın üstünlüklərindən söhbət açılıb.
Universitetdən AzərTAc-a bildirilib ki, Avstriya ilə
Azərbaycan arasında dinamik inkişafı şərtləndirən
başlıca istiqamətlərlə bağlı aparılan fikir mübadiləsi
zamanı turizm sahəsində ikitərəfli əməkdaşlıq məsələləri
də müzakirə olunub. |