Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2015 - №02

 

Məktəbəhazırlıq qruplarının sayı artır

 

 Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının sayı artırılır.  Yanvarın sonunadək yeni qruplara uşaqların qeydiyyatı aparılacaq və məşğələlərə start veriləcək. Bu qruplarda məşğələlər iyunun sonunadək davam edəcək.

Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 89 məktəbdə fəaliyyət göstərən hazırlıq qruplarına 1907 uşaq cəlb olunub. Sayı 145-ə çatan qruplarda 142 müəllim çalışır. Azərbaycan bölməsi üzrə 118, rus bölməsi üzrə 27 qrup yaradılıb. Azərbaycan bölməsi üzrə qruplarda uşaqların sayı 1579, rus bölməsi üzrə qruplarda isə 328 nəfərdir.

Həftədə 4 gün fəaliyyət göstərən hazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, müəyyən bilikləri əldə etməsidir.  Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında məşğələlər təcrübəli, bacarıqlı, eyni zamanda Müəllimlərin Sınaq Qiymətləndirilməsində yüksək nəticə göstərmiş ibtidai sinif müəllimlərinə həvalə olunub.

Qeyd olunan qruplar Təhsil Nazirliyinin "Ümumtəhsil məktəblərində pilot məktəbəhazırlıq qruplarının təşkili barədə" və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Məktəbəhazırlıq qruplarının təşkili və fəaliyyəti barədə" əmrlərinə əsasən yaradılıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov