Bakı
Slavyan Universitetində Dünya Azərbaycanlılarının
Həmrəylik Gününə həsr olunmuş "Müasir tərcüməşünaslığın
və mədəniyyətşünaslığın aktual problemləri" mövzusunda
XIII Beynəlxalq tələbə elmi-praktik konfransı
keçirilmişdir.
Sumqayıt Dövlət Universitetinin Azərbaycan dili və
dilçilik kafedrasının müəllimi Günel Paşayevanın elmi
rəhbərliyi ilə filologiya fakültəsinin II kurs
tələbələri Namiq Paşayev və Qoşqar Əmrahov konfransda
iştirak etmək məqsədilə məqalə hazırlamış və Bakı
Slavyan Universitetinə təqdim etmişlər. Hər iki məqalə
elmi heyət tərəfindən bəyənilmiş və qəbul olunmuşdur.
Konfransın gedişində müxtəlif universitetlərin tələbə və
magistrantlarının iştirakı ilə elmi diskussiyalar,
seminarlar, çıxış etdikləri aktual mövzular ətrafında
müzakirələr və fikir mübadilələri aparılmışdır.
Bölmələr üzrə məruzələr dinlənilmiş, fərqlənən
tələbələrə konfransın sonunda rektor tərəfindən
diplomlar təqdim edilmişdir.
SDU-nun tələbəsi Namiq Paşayev də Sumqayıt Dövlət
Universitetinin adını layiqincə təmsil edərək konfransda
iştirak edən 297 nəfər tələbə içərisindən fərqlənən 20
tələbə siyahısına düşmüş və diplomla təltif edilmişdir.
Mətbuat xidməti |