Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2015 - №01

 

Akrobatika gimnastikası üzrə açıq çempionat

 

İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tamblinq və akrobatika gimnastikası üzrə açıq çempionat keçirilib. "Təhsil" Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən çempionatda Təhsil Nazirliyinin tabeliyində olan idman məktəblərinin və klubların 68 yetirməsi birincilik uğrunda mübarizə aparıb.

Tamblinq üzrə yarışlarda "idman ustası" proqramı üzrə gimnastika məktəbinin yetirməsi Mixail Malkin çempionatın qızıl medalını qazanıb. "İdman ustalığına namizəd" proqramında isə "Neftçi" cəmiyyətinin idmançısı Adil Hacızadə I yerə, gimnastika məktəbinin idmançıları Əli Həsənov II yerə, Nəciməddin Hacıyev III yerə layiq görülüblər.

Akrobatika gimnastikası üzrə yarışlarda gimnastika məktəbinin təmsilçiləri daha uğurlu çıxışları ilə fərqləniblər.

Komandalar arasında mübarizədə ümumi xalla İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin idmançıları I, "Neftçi"nin təmsilçiləri II və 13 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri III yerə layiq görülüblər. 

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov