Azərbaycan Respublikası Təhsil Şurası İdarə Heyətinin
qərarına əsasən, "Azərbaycan müəllimi" qəzeti "İlin ən
yaxşı təhsil qəzeti" seçilib və diplomla təltif olunub.
Qafqaz Universitetində keçirilən görüşdə mükafat qəzetin
kollektivinə təqdim edilib. Tədbirdə Qafqaz
Universitetinin rəhbərliyi, Təhsil Şurası İdarə
Heyətinin üzvləri və "Azərbaycan müəllimi" qəzetinin
yaradıcı heyəti iştirak edib. Tədbirdə çıxış edənlər
qəzetin fəaliyyətini yüksək qiymətləndiriblər.
Çıxışlarda bildirilib ki, qəzet təhsil sahəsində olan
yenilikləri ən obyektiv işıqlandıran media qurumlarından
biridir. Son illər ərzində qəzetdə baş verən yeniliklər
də təqdirəlayiqdir.
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"
|