Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseydə
respublika tabeli ümumi təhsil məktəblərində biologiya
və həyat bilgisi fənlərini tədris edən müəllimlər üçün
"Təhsil müəssisələrində reproduktiv sağlamlığın tədrisi"
mövzusunda ikigünlük təlim kursu keçirilib. Təlimlər
Təhsil Nazirliyinin baş məsləhətçiləri Elnur Əlizadə,
Vəfa Yaqublu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və
İslahatlar Mərkəzinin məsul əməkdaşları Nabil Seyidov,
Teymur Hüseynov, Afət Məmmədova və Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının dosenti Gülarə Hüseynova tərəfindən
aparılıb.
Eyni zamanda Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbdə
də şəhərdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin
müəllimləri üçün təlim keçirilib.
Kursu uğurla başa vuran müəllimlərə "Təlimçilər üçün
təlimçi" sertifikatı təqdim olunub.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |