Təhsil
Nazirliyinin 2014-cü ildə həyata keçirdiyi yeniliklər
Məktəbəqədər təhsil
* Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fond yeni
layihəyə - məktəbəqədər təhsil müəssisələrinin inkişafı
proqramına start verib. Proqramda ölkə üzrə məktəbəqədər
təhsil müəssisələrinin genişmiqyaslı tikintisi, yenidən
qurulması, əsaslı təmirinin dəstəklənməsi nəzərdə
tutulur.
* Paytaxtın 89 ümumi təhsil müəssisəsində məktəbəqədər
hazırlıq qrupları fəaliyyətə başlayıb.
* "Məktəbəqədər təhsilin proqramı (kurikulumu)"nın
tətbiqi üzrə məktəbəqədər təhsil müəssisələrinin 3093
pedaqoji işçisi üçün öyrədici təlimlər keçirilib.
Ümumi təhsil
*
Ümumi təhsil sahəsində həyata keçiriləcək islahatların
əsas prioritetlərinə uyğun olaraq, sağlam və səmərəli
təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin
yüksəldilməsi və məktəblərin idarə edilməsinin müasir
tələblər səviyyəsinə çatdırılması istiqamətlərində
fəaliyyət 2014-cü il ərzində də uğurla davam etdirilib.
* 2014-2015-ci tədris ilindən "Sağlam təhsil-sağlam
millət" layihəsi çərçivəsində ölkəmizin 6 ümumi təhsil
məktəbində 15 pilot "Sağlam təhsil sinfi" fəaliyyət
göstərir.
* Təhsil Nazirliyinin sifarişi ilə "Oturaq həyat
tərzi-sivilizasiyanın xəstəliyi" adlı elmi-kütləvi film
Azərbaycan dilinə tərcümə edilərək ümumi təhsil, ilk
peşə və orta ixtisas, eləcə də ali təhsil müəssisələrinə
paylanılıb, ictimaiyyətə təqdim olunub.
* 10.000 şagirdin sağlamlıq vəziyyətinin tibbi-gigiyenik
və psixoloji-pedaqoji monitorinqi keçirilir.
*Fizika-riyaziyyat
və informatika təmayüllü liseydə şagirdlərin
olimpiadalara mütəşəkkil və
davamlı şəkildə hazırlanmasını
təşkil etmək məqsədi ilə informatika üzrə Olimpiada
Mərkəzi açılıb.
* Təhsil Nazirliyi tərəfindən Dərslikləri Qiymətləndirmə
Şurasının müsabiqə əsasında yeni tərkibi
formalaşdırılıb.
* 2014-cü ildə ilk dəfə olaraq Azərbaycanda maksimum
adda və sayda - 271 adda 7,8 milyon ədəd dərslik çap
olunub.
* "Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə
müəllimlərin yerdəyişməsi və işə qəbulu Qaydaları"na
müvafiq olaraq hazırda işləyən müəllimlərin bir rayondan
(şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi ilk dəfə
olaraq Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş
qaydada müsabiqə yolu ilə həyata keçirilib. İş yerini
dəyişmək üçün 1149 nəfər müəllim elektron ərizə verib,
yekun nəticəyə əsasən 96 nəfər iş yerini dəyişmək hüququ
qazanıb.
* 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə
və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə
müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 1692 nəfər
işə qəbul olunub ki, onlardan 1405 nəfərinə (83%)
həvəsləndirmə tədbirləri tətbiq edilib.
* Təhsil Nazirliyinin təklifləri nəzərə alınaraq,
Nazirlər Kabinetinin qərarı ilə "Pedaqoji profilli
ixtisaslar üzrə ali və orta ixtisas təhsili
müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində
işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və
stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il
14 aprel tarixli 67 nömrəli qərarında dəyişikliklər
edilib.
* Məktəb direktorları və məktəb direktoru olmaq
arzusunda olan digər şəxslər üçün müasir peşə
standartları əsasında təlimlər təşkil olunub.
Təlimlərdən uğurla keçmiş və keyfiyyət sertifikatı almış
15 nəfər paytaxtdakı ümumi təhsil müəssisələrinə
direktor təyin olunub.
* Ölkəmizdə ilk dəfə olaraq Bakı şəhərinin ümumi təhsil
məktəblərində çalışan 28 758 müəllimin sınaq
qiymətləndirilməsi həyata keçirilib.
* 2014-2015-ci tədris ilindən ölkəmizin ümumi təhsil
müəssisələrində pedaqoji kadrlara olan tələbat nəzərə
alınaraq, yenidənhazırlanma təhsili üzrə ixtisasların
sayı artırılıb və yeni ixtisaslar üzrə müəllim
hazırlıqlarına başlanılıb. Bunlar riyaziyyat-informatika,
kimya-biologiya, tarix-coğrafiya ixtisaslarıdır.
* Təhsil nazirinin əmri ilə "Müəllimlərin etik davranış
qaydaları" təsdiq edilib. Qaydalara əsasən, 2014-2015-ci
tədris ilində yeni işə qəbul olunan pedaqoji işçilər
"Müəllim andı" içərək fəaliyyətə başlayıblar.
* Ümumi təhsil müəssisələrində şagirdlərin
sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar
təsdiq olunub.
* 2014-2015-ci tədris ilindən ümumi təhsil məktəblərinin
VIII siniflərində "Qarabağın tarixi" adlı fakültativ
kurs tədris olunur. Fakültativ kursun proqram və tədris
vəsaiti çap olunaraq məktəblərə çatdırılıb.
* 2014-cü ilin fevral-may aylarında rayon və
şəhərlərdəki ümumi təhsil məktəblərinin XI sinif
şagirdləri üçün Heydər Əliyev mərkəzlərində "Müstəqil
Azərbaycan tarixi" mövzusunda əlavə dərslər tədris
olunub.
* Müasir təhsili milli-mənəvi dəyərlərimiz fonunda
inkişaf etdirmək, şagirdlərə vətənpərvərlik ruhu
aşılamaq, qəhrəmanlıq ənənələrini formalaşdırmaq və
Milli Qəhrəmanlarımızı yaddaşlarda yaşatmaq məqsədi ilə
Təhsil Nazirliyi "Məktəb qəhrəmanları ilə tanınır" adlı
yeni layihəyə start verib.
* Təhsil Nazirliyi "Kiçikyaşlı məktəblilər üçün ən yaxşı
nəsr, nəzm və dram əsərləri" adlı müsabiqə elan edib.
* Bakıda 52 ümumi təhsil məktəbinin 104 əmək kabineti
müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunub.
* Təhsil Nazirliyi tərəfindən internat və idman
məktəblərinə 7 ədəd "Hyundai County" markalı avtobus
verilib.
* 2014-cü ildə Təhsil Nazirliyinin sifarişi ilə 3
dövlət təhsil müəssisəsi tikilib, 2 təhsil müəssisəsində
əsaslı təmir işləri aparılıb, 94 tədris ocağı isə cari
təmir edilib.
İKT avadanlıqları ilə təminat
* Təhsil müəssisələrinə 6000 ədəd kompüter, 3000 ədəd
notebook, 700 ədəd proyektor, 1377 ədəd elektron lövhə
verilib, 200 təhsil müəssisəsi genişzolaqlı internet
xəttinə qoşulub.
* Ötən il 4275 təhsil işçisi müxtəlif təyinatlı
treninqlərə cəlb olunub.
* Elektron dərslik portalı (www.e-derslik.edu.az)
istifadəyə verilib.
* Təhsil Nazirliyi tərəfindən elektron resursları bir
mənbədə cəmləşdirmək üçün
www.e-resurs.edu.az portalı yaradılıb.
İlk peşə-ixtisas təhsili
* İlk peşə-ixtisas təhsili müəssisələrinin
infrastrukturunun inkişafına yönəlmiş və dövlət-biznes
partnyorluğuna əsaslanan "Müasir Azərbaycan Peşəkarları"
layihəsi çərçivəsində pilot ilk peşə-ixtisas təhsili
müəssisəsinin bazasında müasir resurs mərkəzlərinin
yaradılması prosesi davam etdirilir.
* Təhsil Nazirliyi tərəfindən kənd təsərrüfatı sahəsi
üzrə ixtisaslaşmış ilk peşə-ixtisas təhsili
müəssisələrinin maddi-texniki və tədris bazasının müasir
tələblərə uyğunlaşdırılması məqsədilə yeni texnika,
avadanlıq, əyani və texniki vasitələrin alınması
prosesinə start verilib. Ötən il bölgələr üzrə 7 ilk
peşə-ixtisas müəssisəsi üçün 40 yeni texnika alınıb.
* Avtomobil nəqliyyatı ixtisası üzrə kadr hazırlayan
ilk-peşə ixtisas təhsili müəssisələrinə 11 ədəd "Renault
Logan" markalı nəqliyyat vasitəsi verilib.
* "Azərbaycan Respublikası Hökuməti və Koreya
Respublikası Hökuməti arasında Peşə Tədris Mərkəzinin
yaradılması layihəsi üçün İqtisadi İnkişaf Əməkdaşlıq
Fondundan alınan kreditə dair razılaşma" və "Azərbaycan
Respublikası Hökuməti və Koreya İxrac-İdxal Bankı
arasında Peşə Tədris Mərkəzinin yaradılması layihəsi
üçün Kredit Sazişi" imzalanıb.
* Təhsil Nazirliyi ilə Roqaland Təlim və Təhsil Mərkəzi
Fondu, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyası (ASK) və "Azərbaycan Polad İstehsalı
Kompleksi" Qapalı Səhmdar Cəmiyyəti arasında anlaşma və
əməkdaşlıq memorandumları imzalanıb.
* İlk peşə-ixtisas təhsili müəssisələri üçün müasir
idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya
texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial
inkişafına töhfə verə biləcək direktorlar yetişdirmək və
onların bacarıqlarını təkmilləşdirmək məqsədilə
"Liderlik və idarəetmə" təliminə başlanılıb.
Orta ixtisas təhsili
* Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş "Orta
ixtisas təhsili müəssisələrində kredit sistemi ilə
tədrisin təşkili Qaydaları"na və Təhsil Nazirliyinin
müvafiq əmrinə uyğun olaraq, 2014-2015-ci tədris ilindən
tələbələr kredit sistemi əsasında təhsil alır. Bununla
bağlı bütün zəruri hazırlıq işləri aparılıb, 115 ixtisas
üzrə kredit sisteminə əsaslanmış təhsil proqramları
hazırlanaraq tətbiq edilib.
* "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasına uyğun olaraq regional kolleclərin
yaradılması işinə başlanılıb. Nazirlər Kabinetinin
müvafiq qərarları ilə Masallı Dövlət Regional Kolleci,
eləcə də İsmayıllı Dövlət Humanitar və Texnologiya
Kolleci yaradılıb.
Ali təhsil
* Təhsil Nazirliyi tərəfindən 2014-cü ildə ali təhsil
sahəsində həyata keçiriləcək islahatların əsas
prioritetləri qəbul olunub.
* "Ali təhsil müəssisələrinin bakalavriat və
magistratura səviyyələrində təhsilalanların köçürülməsi,
xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət
götürülməsinə dair müvəqqəti Qaydalar" qəbul edilib.
* Ölkənin 7 ali məktəbində 33 ixtisas üzrə SABAH
qrupları fəaliyyətə başlayıb. 688 tələbənin təhsil
aldığı bu qruplarda 158 müəllim dərs deyir. Tələbələrdən
200-ə yaxını yataqxana ilə təmin olunub.
* Təhsil Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə 1-ci
SABAH Forumu keçirilib. İkigünlük forumda ölkənin
müxtəlif ali təhsil müəssisələrinin SABAH qruplarında
təhsil alan 250 nəfərə yaxın tələbə iştirak edib.
* 2014-2015-ci tədris ilindən etibarən ali təhsilin
bakalavriat səviyyəsində məzunun bilik, bacarıq və
vərdişlərinə qoyulan kompetensiyaları özündə əks etdirən
138 ixtisas üzrə yeni nəsil təhsil proqramlarının və
buna müvafiq hazırlanmış tədris planlarının tətbiqinə
başlanıb.
* Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin "2014-2015-ci tədris ilində Azərbaycan
Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə
Prezident təqaüdünün verilməsi haqqında" sərəncamına
uyğun olaraq, 102 nəfər ən yüksək nəticə göstərmiş
tələbəyə Prezident təqaüdü verilib.
* Təhsil Nazirliyi tərəfindən "Gələcəyin müəllimi
təqaüdü" təsis edilib. Təqaüd pedaqoji kadr hazırlığı
aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında
500 və daha yüksək bal toplayan, ixtisas seçimində
birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd
edən 300 tələbəyə şamil olunub.
* Ölkəmizdə ilk dəfə olaraq Azərbaycan Dövlət İqtisad
Universitetində İnnovativ Biznes-İnkubatoru yaradılıb.
* Ölkənin bir sıra ali təhsil müəssisələrində aparılan
elmi araşdırma və tədqiqatlarla bağlı layihələrin
qrantlar yolu ilə maliyyələşdirilməsi məqsədilə
"Universitet qrantı" müsabiqəsinə start verilib.
* Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində
8-ci Azərbaycan Beynəlxalq "Təhsil" və 8-ci Azərbaycan
Beynəlxalq "Karyera" sərgiləri keçirilib. Dünyanın 20
ölkəsindən 122 iştirakçının qoşulduğu sərgiyə Təhsil
Nazirliyi SABAH qruplarına aid materialların nümayiş
olunduğu pavilyonla qatılıb. Ölkəmizin 10 ali təhsil
müəssisəsi də sərgidə iştirak edib.
* Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı,
Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin,
Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə "Bakı Elm
Festivalı" keçirilib.
* Azərbaycan alimlərinin I qurultayı keçirilib.
Xaricdə təhsil üzrə Dövlət Proqramı
* 2014-2015-ci tədris ilində azərbaycanlı gənclərə
Dövlət Proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 544
ali təhsil müəssisəsində təhsil almaq məqsədilə müraciət
etmək imkanı verilib.
* Dövlət Proqramına 2014-2015-ci tədris ili üçün
namizədlərin seçimi prosesində şəffaflığın təmin
olunması məqsədilə müsahibə zamanı ilk dəfə audio-video
çəkiliş aparılıb.
* Müsahibələr nəticəsində 572 tələbənin adı dünyanın
nüfuzlu ali məktəblərində təhsil almaq hüququ qazanmış
proqram təqaüdçüləri siyahısına daxil edilib.
* Ötən ilki seçimlərdə bakalavriatdan sonrakı təhsil
səviyyələrinə üstünlük verilib. Belə ki, seçimlər
nəticəsində 309 nəfər magistratura, 44 nəfər
doktorantura, 65 nəfər rezidentura təhsili almaq hüququ
qazanıb.
* Dövlət Proqramı çərçivəsində indiyədək 3000-dən çox
gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil
almaq imkanı qazanıb.
* Dövlət Proqramı təqaüdçülərini geniş ictimaiyyətə
tanıdan "Gəncliyin uğur formulu" layihəsinə start
verilib.
Məktəbdənkənar fəaliyyətin təşkili
* Təhsil Nazirliyi tərəfindən məktəbdənkənar
müəssisələrin fəaliyyəti ilə bağlı İslahat Proqramı
hazırlanıb.
* Məktəbdənkənar müəssisələrin fəaliyyətinin təşkilinə
olan fərqli yanaşma nəticəsində 2014-cü ildə yaradıcılıq
sarayları, klublar, bədii, estetik, texniki, ekoloji,
turizm və diyarşünaslıq yönümlü mərkəzlərin,
uşaq-gənclər idman və şahmat məktəblərinin yetirmələri
yerli və beynəlxalq yarış, çempionat, müsabiqə və
festivallarda yüksək yerlərə layiq görülüblər.
İctimai təşəbbüslər
* Təhsil Nazirliyi tərəfindən ictimai təşəbbüslərin
dəstəklənməsi üzrə layihə müsabiqəsi davam etdirilib.
2014-cü ildə keçirilmiş müsabiqənin yekunlarına görə, 20
layihə məqbul hesab olunub və onların
maliyyələşdirilməsi barədə qərar qəbul edilib. |