"Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin
təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin
formalaşdırılması ilə bağlı tədbirlər barədə" Azərbaycan
Respublikası təhsil nazirinin əmrində şəxsiyyətin mənəvi
inkişafında mütaliənin rolu ətraflı izah olunur.
Yalnız "oxu" deməklə kifayətlənmir təhsil
mütəxəssisləri, həm də nəyi oxumağı tövsiyə edir
şagirdlərə. Buna görə də kiçikyaşlı uşaqların mütaliəsi
üçün yalnız klassik ədəbiyyatın deyil, həmçinin müasir
həyatı əks etdirən bədii nümunələrin dəyərləndirilrək
seçilməsi aktual məsələlərdəndir. Bu səbəbdən də
Azərbaycan Respublikasının Təhsil Nazirliyi "Kiçikyaşlı
məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri"
adlı müsabiqə elan edir. Müsabiqənin keçirilməsində əsas
məqsəd yaş psixologiyası nəzərə alınmaqla kiçikyaşlı
məktəblilərə mənəvi zənginlik, vətənpərvərlik, milli və
ümumbəşəri dəyərlər, emosional və idraki keyfiyyətlər
aşılayan, onların bədii zövqünün inkişafını şərtləndirən
ədəbi əsərlərin yazılmasını stimullaşdırmaqdan
ibarətdir.
Ekspertlərin fikrincə, azyaşlı uşaqların qarşısına çıxan
istənilən bir kitabı oxuması məqsədəuyğun deyildir. Hər
yazılanı uşağa oxutmaq olmaz. Bir maraqsız kitabla bir
uşağı ömürlük mütaliədən uzaq salmaq olar. Bu səbəbdən
də təhsil mütəxəssislərinin tövsiyəsi ilə valideynlər,
müəllimlər kitabları özləri seçib uşaqlara
verməlidirlər.
Könül NƏHƏTOVA,
"Azərbaycan müəllimi" |