Təhsil naziri Mikayıl Cabbarovun mərkəzi icra
hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda
vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, 12 yanvar
2015-ci il tarixinə nəzərdə tutulmuş Kürdəmir,
Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayon
sakinlərinin qəbulu vaxtında dəyişiklik edilib.
Belə ki, təhsil naziri Mikayıl Cabbarov 26 yanvar
2015-ci il tarixində saat 11:00-da Kürdəmir şəhərindəki
Heydər Əliyev Mərkəzində Kürdəmir, Hacıqabul, Salyan,
Neftçala, Biləsuvar və Cəbrayıl rayon sakinlərini qəbul
edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 22 və 23 yanvar
2015-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon
Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt"
xidməti) və ya
www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul
ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
12 yanvar 2015-ci il tarixinə nəzərdə tutulmuş qəbul
üçün qeydiyyatdan keçmiş vətəndaşlar 26 yanvar 2015-ci
il tarixində qəbul ediləcəklər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki,
qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən
ərizə ilə müraciət etsinlər. |